Türkiyə Konstitusiya Məhkəməsi “Balyoz” hərbi çevriliş planı hazırladıqları iddiası ilə uzunmüddətli həbs cəzalarına məhkum edilmiş Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərinin şikayəti əsasında qərar qəbul edib.
Lent.z-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Konstitusiya Məhkəməsi 230 zabitin şikayətinə baxaraq, onların konstitusion haqlarının pozulduğu qənaətinə gəlib. Bu hüquq pozuntusunun aradan qaldırılması üçün məhkəmə həmin şəxslərin yenidən mühakimə olunması zərurət sayıb.
Konstitusiya Məhkəməsinin qərarından sonra məhkumların azadlığa buraxılacağı gözlənilir.
Qeyd edək ki, “Balyoz” adlı cinayət işi çərçivəsində aralarında istefada olan ordu generalları və admiralların da olduğu 325 zabit müxtəlif həbs cəzalarına məhkum edilib.