Xəbər verdiyimiz kimi, Türkiyə hərbi hava qüvvələri ölkənin Suriya sərhəddində yerləşən "İŞİD" üzvlərini bombardman edib.
Lent.az-ın "sozcu.com.tr"yə istinadən məlumatına görə, ötən gecə 03:12-dən etibarən havalanan 3 F-16 döyüş təyyarəsi saat 03:40-dan 03:53-ə qədər kəşfiyyat aparıb, pilotsuz təyyarələr vasitəsi ilə əvvəlcədən müəyyən olunmuş "İŞİD" hədəflərini bombalayıb. Əməliyyat saat 04:24-də tamamlanıb.
Bombardman nəticəsində İŞİD-in 2 qərargahı, toplanma mərkəzi vurulub. Məlumata görə, əməliyyat zamanı 35 "İŞİD" terrorçusu məhv edilib.