Türkiyə hərbçiləri İraqın Mosul şəhəri yaxınlığında hərbi təlim düşərgəsi salıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hərbi mənbələrdən məlumat verilib
Hərbçilərin dəqiq sayı barədə məlumat verilmir.
Hadisəni şərh edən Pentaqon nümayəndəsi Reuters-ə bildirib ki, Türkiyə İraqda terrorçularla mübarizə aparan beynəlxalq koalisiyadan ayrı hərəkət edir.
Qeyd edək ki, Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD terror qruplaşmasının nəzarəti altındadır.