2014-cü il iyunun birindən Türkiyə ilə Belarus arasında viza rejimi ləğv ediləcək.
Lent.az-ın “İnterfaks –Zapad”-a istinadən məlumatına görə, Belarusun Miqrasiya xidmətinə yaxın mənbə bu haqda bildirib: “Minskin Türkiyə tərəfdən aldığı bildirişə əsasən, vizanın qarşılıqlı ləğvi ilə bağlı anlaşmanın qüvvəyə minməsi üçün prosedur başa çatıb”.
Mənbə xatırladıb ki, Belarus parlamenti iki ölkə arasında uyğun anlaşmanı ötən ilin sonunda təsdiqləyib. Müqaviləyə əsasən, Belarus vətəndaşları bir dəfəlik gediş zamanı Türkiyədə 30 gün vizasız qala bilər.