Türkiyə hökuməti "YouTube"-ə girişi bağlayıb - <span style="color:red;">YENİLƏNİB
28 mart 2014 09:52 (UTC +04:00)

Türkiyə hökuməti "YouTube"-ə girişi bağlayıb - YENİLƏNİB

Türkiyə hökuməti "YouTube" videohostinq şəbəkəsinə ölkədə girişin bağlanmasına dair qərar qəbul edib.

 

Lent.az-ın "RİA Novost"-yə istinadən məlumatına görə, bu haqda Türkiyənin "Hürriyet Daily" qəzeti xəbər yayıb.

 

Mənbə bildirib ki, buna səbəb Türkiyə güc strukturlarının yüksək vəzifəli məmurlarının keçirdiyi görüşün videoyazısının «YouTube»-də yayımlanması göstərilib.

 

Qəzet bildirib ki, həmin görüşdə Suriya ilə bağlı məsələ müzakirə olunub.

 

Ölkənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib ki, gizli kamera ilə çəkilən bu görüntülər «qismən redaktə edilib». O, bunu «ölkənin milli təhlükəsizliyinə təhdid» adlandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1178
avatar

Oxşar yazılar