Türkiyə hərbi təyyarələri Suriya sərhədində pilotsuz uçuş aparatını vurub
16 oktyabr 2015 16:34 (UTC +04:00)

Türkiyə hərbi təyyarələri Suriya sərhədində pilotsuz uçuş aparatını vurub

0

Türkiyə Hərbi Hava Qüvvələri Suirya ilə sərhəddə hansı dövlətə məxsus olduğu bəlli olmayan pilotsuz uçuş aparatını vuraraq yerə salıb.

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Suriya istiqamətində - Türkiyə hava məkanı daxilində pilotsuz uçuş aparatının uçduğu aşkarlanıb. Üç dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, aparat uçuşunu davam etdirib. Türkyə hərbi təyyarələri uçuş aparatına atış açaraq onu yerə salıb.  

 

Hadisə Türkiyənin Suriya ilə həmsərhəd Kilis vilayətinin Dəliosman kəndi yaxınlığında baş verib. Əsgərlər hərbi helikopterlə hadisə yerinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 843

Oxşar yazılar