Türkiyə hərbi təyyarələri 60 terrorçunu məhv etdi
11 sentyabr 2015 17:26 (UTC +04:00)

Türkiyə hərbi təyyarələri 60 terrorçunu məhv etdi

0

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, sentyabrın 10-da yerli vaxtla saat 23.50-də başlayan əməliyyat ertəsi gün səhər saat 05.30-da yekunlaşıb. 21 ədəd “F-16” və “F-4” tipli təyyarə PKK-nın Kandil, Hakurk, Avaşin, Basyan, Gara və Zap düşərgələrindəki 64 hədəfi bombalayıb. Bu hədəflərə 80 ədəd “ağıllı” bomba ilə dəqiq zərbələr endirilib.

 

İlkin məlumata görə, əməliyyat nəticəsində azı 60 terrorçu məhv edilib. Gara məntəqəsində PKK-ya məxsus böyük silah anbarı partladılıb. Anbarda partlayışlar 2 saat davam edib.        

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 423

Oxşar yazılar