Türkiyə hakerləri Rusiya saytlarına hücum hazırlayır
30 dekabr 2015 00:16 (UTC +04:00)

Türkiyə hakerləri Rusiya saytlarına hücum hazırlayır

0

“Ayyıldız” kiber qruplaşması Rusiya saytlarına hücuma hazırlaşdıqlarını bəyan edib.

 

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, hücum ediləcək saytlar arasında Müdafiə Nazirliyinin portalı da var.

 

 Dekabrın 28-də türkiyəli hakerlər Türkiyənin iri şirkətlərini hədəf aldığını elan edən Anonymous qruplaşmasına məxsus olduğu ehtimal edilən anonymoushackers.org. saytını dağıdıblar.Resursda Türkiyə bayrağının fonunda belə yazı da olub: “Sizə Ayyıldız kiber ordusu hücum edib”.“Biz Türkiyə dövlətini aşağılamaq istəyənlərə dərs veririk. Növbədə Rusiyadır”, - haker qrupunun lideri Cetkan Bir Yafes deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 460

Oxşar yazılar