Türkiyə Fars körfəzində hərbi baza yaradır
16 dekabr 2015 18:01 (UTC +04:00)

Türkiyə Fars körfəzində hərbi baza yaradır

0

Türkiyə Fars körfəzi ölkələrindən olan Qətərdə hərbi baza yaradacaq. Lent.az “Reuters”ə istinadən xəbər verir ki, Türkiyənin Qətərdəki səfiri Əhməd Demirok bildirib ki, müxtəlif təyinatlı bazada ümumilikdə 3 min hərbçi qalacaq. Burada hərbi dəniz və hava qüvvələri ilə bağlı xüsusi təyinatlı birliklər də xidmət keçəcək.

 

Bildirilir ki, iki ölkə arasında yüksək səviyyəli hərbi əməkdaşlıq 2014-cü ildə imzalanan sənədlə daha da möhkəmlənib və bu hərbi bazada 1 il əvvəl əldə edilmiş razılaşmanın əsasında formalaşdırılır

 

Qeyd edək ki, hazırda Qətərdə Türkiyənin 100 hərbçisi var. Onlar qətərli həmkarlarına təlim keçirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar