Türkiyə ərazisi Suriyadan atəşə tutulub
27 mart 2014 00:32 (UTC +04:00)

Türkiyə ərazisi Suriyadan atəşə tutulub

Suriyadakı savaş Türkiyəyə də təsirsiz ötüşmür. Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, martın 26-da axşam saatlarında Türkiyənin Hatay əyalətinin Reyhanlı rayonu Suriyadan minaatanlarla atəşə tutulub.

 

Sərhədin sıfır nöqtəsində yerləşən Kavalcıq kəndinə düşən güllələr nəticəsində yaralanan və ölən olmayıb.

 

Təhlükəsizlik qüvvələri partlayış baş verən ərazidə tədbirlər görüb.

 

Hərbçilər atəş açılan yeri təsbit edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632
avatar

Oxşar yazılar