Türkiyə əhalisinin sayı açıqlanıb
28 yanvar 2016 14:33 (UTC +04:00)

Türkiyə əhalisinin sayı açıqlanıb

 

Türkiyə Statistika Qurumu ölkə əhalisinin sayının açıqlanıb.

 

APA yerli mətbuata istinadən xəbər verir ki, 31 dekabr 2015-ci il tarixə olan məlumata görə, ölkə vətəndaşlarının sayı 78874153 nəfərdir. Əhalinin 50,2 faizini (39511191 nəfər) kişilər, 49,8 faizini (39229862 nəfər)  qadınlar təşkil edir.

 

Ölkə əhalisinin 18,6 faizi (14657434 nəfər) İstanbulda yaşayır. Ankarada 527575, İzmirdə 4168415, Bursada 2842547, Antalyada 2288456 nəfərin qeydiyyatda olduğu açıqlanıb. Ölkənin ən az əhalisi olan vilayəti Bayburtdur (78550 nəfər).

 

Qeyd edək ki, bu rəqəmlər rəsmi qeydiyyatda olan vətəndaşları əhatə edir. Vətəndaşlığı olmayan əcnəbilər, miqrantlar, ölkədə daimi və müvəqqəti qeydiyyatda olan xarici vətəndaşlar bura daxil deyil. 2014-cü illə müqayisədə ölkə əhalisinin sayı ötən il 1 nəfər artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 319
avatar

Oxşar yazılar