Türkiyə Braziliyadakı səfirini geri çağırdı
09 iyun 2015 00:41 (UTC +04:00)

Türkiyə Braziliyadakı səfirini geri çağırdı

Türkiyə Braziliyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkə XİN-in yaydığı bəyanatda deyilir.

 

Braziliya Senatı mayın sonunda 1915-ci ildə  ermənilərin qondarma soyqırımı ilə bağlı qətnamə qəbul edib.

 

“Braziliya Senatının həqiqətləri təhrif edən qərarı erməni lobbisinin təsiri ilə qəbul edilib. Türkiyənin mövqeyi Braziliyanın Ankaradakı səfirinin nəzərinə çatdırılıb, Türkiyənin Braziliyadakı səfiri Hüseyn Diriöz isə məsləhətləşmələr üçün geri çağrılıb”, sənəddə deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar