Türkiyə Bəsrədəki Baş Konsulluğunu bağlayıb
17 iyun 2014 22:08 (UTC +04:00)

Türkiyə Bəsrədəki Baş Konsulluğunu bağlayıb

0

Türkiyə İraqın Bəsrə şəhərindəki Baş Konsulluğunun fəaliyyətini dayandırıb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, diplomatik missiyanın əməkdaşları Küveytə köçürülüb. Bu haqda ölkənin xarici işlər naziri Əhməd Davudoğlu açıqlama verib.

 

O, qeyd edib ki, hazırda İraq ərazisində olan Türkiyə vətəndaşlarının bu ölkəni tərk etməsi ilə bağlı ya Ankaradakı “qaynar mərkəzə”, ya da Bağdaddakı Türkiyə səfirliyinə müraciət edə bilər.

 

Nazir Bəsrədəki Baş Konsulluğun fəaliyyətinin dayandırılmasını İraqdakı mövcud vəziyyətlə əlaqədar olduğunu bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 647

Oxşar yazılar