Türkiyənin Suriya ilə sərhədində hərbi təyyarə vurulub. Lent.az-ın habertürk-ə istinadən verdiyi məlumata görə, Hatay viayətinin Samandağ rayonu yaxınlığında Bəşər Əsəd qüvvələrinə məxsus bir döyüş təyyarəsi düşüb.
Təyyarənin Suriya Hava Qüvvələrinə aid olduğu bildirilir. Məlumata görə, suriyalı müxaliflər səhər saatlarında Lazkiyə şəhərinin Kəsəb sərhəd məntəqəsini ələ keçirib. Bundan sonra Bəşər əsədə tabe olan hərbi hava qüvvələri ərazini bombalamağa başlayıb.