<b>Türkiyə:</b> Krım Ukraynanın ayrılmaz hissəsidir
07 mart 2014 13:44 (UTC +04:00)

Türkiyə: Krım Ukraynanın ayrılmaz hissəsidir

0

Krım Ukraynanın ayrılmaz hissəsidir.


 

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Türkiyə xarici işlər nazirinin müavini Əli Kamal Aydın çıxış edib.

 

Ə.Aydın Ukrayna xarici işlər nazirinin müavini Andrey Olefirovla görüşü zamanı bir daha qeyd edib ki, rəsmi Ankara Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır.

 

Görüşdə tərəflər Ukrayna daxilindəki siyasi vəziyyəti, konkret olaraq Krımda baş verən hadisələri müzakirə edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1034

Oxşar yazılar