Türkiyə-Suriya sərhədində partlayış: 29 nəfər ölüb - YENİLƏNİB
Türkiyə sərhədi yaxınlığında Suriyanın Hələb əyalətində partlayış baş verib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Türkiyənin Kilis rayonuna yaxın ərazidə, iki ölkənin sərhədindəki əs-Salame Qapısı yaxınlığında, Hələbin Sicu kəndində bomba yüklənmiş avtomobilə edilən hücum nəticəsində 29 nəfər ölüb.
Məlumata əsasən, onların azı 3 uşaq, 5 qadındır.
Mənbə bildirib ki, Türkiyə Kilis rayonundan olay bölgəsinə 12-dən artıq təcili tibbi yardım maşını göndərilib. Onlar yarıları Türkiyədəki xəstəxanalar daşıyıb.
Ölkənin İdlib rayonunda isə “İslamçı cəbhə” adlı silahlı qruplaşma Suriyadakı rejimə bağlı silahlı qüvvələrin hərbi hissəsini hədəfə alaraq, orada 60 ton partlayıcını yeraltına yerləşdiriblər.
1276