Türkiyənin sərhədlərində vurulan qırıcı Rusiyaya məxsus imiş - <span style="color:red;">YENİLƏNİB
24 noyabr 2015 13:02 (UTC +04:00)

Türkiyənin sərhədlərində vurulan qırıcı Rusiyaya məxsus imiş - YENİLƏNİB

0

Bu gün Türkiyə hava məkanını pozaraq vurulan SU-24 təyyarəsi Rusiyaya məxsusdur. Lent.az-ın məlumatına görə, bu barədə “İnterfax” agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, təyyarə yerdən 6 min metr yüksəklikdə vurulub. Rusiya Müdafiə Nazirliyinin ilkin məlumatında təyyarəni idarə edən pilotun özünü paraşütlə atdığı bildirilir. Müdafiə Nazirliyi həmçinin, onu da qeyd edib ki, vurulan təyyarə daim Suriya səmasında uçub.

***

Türkiyənin Suriya ilə sərhəddinə qırıcı təyyarə partlayıb. Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, sərhəd xəttinə düşən təyyarənin hansı səbəbdən partladığı müəmmalıdır. Təyyarənin hansı ölkəyə aid olduğu da hələ ki müəyyənləşdirilməyib. Təyyarənin Türkiyənin F-16 qırıcıları tərəfindən vurulduğu bildirilir. Belə ki, sərhəd bölgəsinə düşən qırıcı təyyarə Türkiyənin hava sərhəddini pozubmuş. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 417

Oxşar yazılar