Türk pilot Almaniyanı qarışdırdı: havaya qırıcılar qalxdı
29 noyabr 2014 04:15 (UTC +04:00)

Türk pilot Almaniyanı qarışdırdı: havaya qırıcılar qalxdı

“Turkish Airlines” şirkətininin pilotu “Boeing 737” təyyarəsinin qəza enişi icazəsi almaq əvəzinə, təsadüfən qaçırılması ilə bağlı siqnal düyməsini basıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə,  damdan oksigen maskalarının düşdüyünü görən Frankfurt-İstanbul təyyarəsinin sərnişinləri vahiməyə düşüblər. Pilot isə təsadüfən dispetçerə təyyarənin qaçırıldığı barədə məlumat ötürüb. Dispetçer təyyarənin heyəti ilə əlaqə yaratmağa çalışsa da, buna nail ola bilməyib.

 

Havaya iki qırıcı qaldırılıb və qırıcılar sərnişin təyyarəsini Vyana hava limanına qədər müşayiət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1575
avatar

Oxşar yazılar