Türk ordusu İŞİD-in Suriyadakı mövqelərini tank və artilleriya atəşinə tutub.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hərbi əməliyyat Türkiyə-Suriya sərhədində, Kilis vilayəti ərazisində baş vermiş insidentdən sonra başlayıb.
Məlumata əsasən, Türkiyə ordusu silahlıların sərhədyanı mövqelərini atəşə tutub. Nəticədə 1 terrorçu məhv edilib, İŞİD-in bir neçə dayaq məntəqəsi məhv edilib. Bildirilir ki, əməliyyata F-16 qırıcıları cəlb edilib.