Türk ordusu daha 30 PKK terrorçusunu məhv edib
13 fevral 2016 16:11 (UTC +04:00)

Türk ordusu daha 30 PKK terrorçusunu məhv edib

0

 

Dünən Türkiyənin Şırnaq vilayətinin Cizrə rayonunda keçirilən hərbi əməliyyat nəticəsində 30 PKK terrorçusu öldürülüb.

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Cizrə rayonunda 7 ayrı-ayrı binada keçirilən əməliyyatdan sonra 30 terrorçunun cəsədi tapılıb.

 

Bundan başqa, əməliyyat zamanı 5 PKK üzvü tutulub.

 

Əməliyyat zamanı terrorçulara məxsus xeyli sayda silah-sursat da ələ keçirilib.

 

Rayonda keçirilən əməliyyat nəticəsində indiyədək ümumilikdə 654 terrorçunun öldürüldüyü bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 576

Oxşar yazılar