Türk Dünyası Bilik Olimpiadası başladı
06 iyun 2014 01:08 (UTC +04:00)

Türk Dünyası Bilik Olimpiadası başladı

Türkiyənin Әskişəhərdəki Osmanqazi Universitetində şagirdlər üçün Türk Dünyası Bilik Olimpiadasının açılış mərasimi keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, türk dünyasında ilk dəfə olaraq keçirilən olimpiadadan əvvəl iştirakçılar şəhərdə yürüş ediblər. Tədbirdə 17 türk ərazisinin - Azərbaycan, Türkiyə, Krım, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Bosniya, Bolqarıstan, Altay, Kosova, Makedoniya, Moldova, Şimali Kipr Türk Cümhuriyyəti, Arnavutluq (Albaniya), Şərqi Türküstan (Çin) və Başqırdıstanın orta məktəb şagirdləri iştirak edir. Olimpiadanın keçirilməsində əsas məqsəd türk dünyasında şagirdlərin elmə marağını artırmaq, onları gələcəyin Nobel mükafatçısı kimi yetişdirməkdir.

 

Açılış mərasimində Әskişəhər valisi Güngör Әzim Tuna bildirib ki, olimpiada türk ölkələrinin şagirdləri arasındakı əlaqələrin genişlənməsinə təkan verəcək. Mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Həsən Qaralov tədbirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını çatdırıb və Әskişəhərin valisinə Azərbaycanın tarixi ilə bağlı olan hədiyyə təqdim edib.

 

Olimpiadada Azərbaycanı Bakı şəhərindəki 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Elçin Məmmədov və Hüseyn Әsədov (müəllim Həsən Qaralov), Quba şəhərinin 1 saylı orta məktəbinin şagirdi Atilla Məmmədli (müəllim Aydın Məmmədli) təmsil edir. Sərgi iştirakçıları ilk olaraq Azərbaycan komandasının modelləri ilə tanış olublar və şagirdlərin modellərindən razı qaldıqlarını açıqlayıblar.

 

Qeyd edək ki, olimpiada iyunun 7-də yekunlaşacaq, qaliblərə müxtəlif mükafatlar təqdim ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663

Oxşar yazılar

PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36
"Panasonic" 5 min işçisini ixtisar edir

"Panasonic" 5 min işçisini ixtisar edir

11 may 2025 , 02:45