Malayziyanın qərb bölgəsində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Perak ştatının ərazisində turistləri daşıyan avtobus aşaraq yanıb.
Nəticədə, avtobusun sürücüsü daxil olmaqla, 8 nəfər ölüb, 21 nəfər xəsarət alıb.
İlkin ehtimala görə, texniki nasazlıq səbəbindən sürücü idarəetməni itirib. İnsidentin təfərrüatları müəyyənləşdirilir.