Turçinov Yanukoviçin partiyasının deputatlarından üzr istəyib
28 mart 2014 04:48 (UTC +04:00)

Turçinov Yanukoviçin partiyasının deputatlarından üzr istəyib

0

Ukrayna parlamentinin sədri və prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov keçmiş prezident Viktor Yanukoviçin Regionlar Partiyasının ünvanına «sərt ifadələr» işlətdiyi bu siyasi təşkilatın deputatlarından üzr istəyib.

 

 

Lent.az-ın «Gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «İnterfaks» xəbər yayıb.

 

Bir müddət öncə Regionlar Partiyası parlament fraksiyasının başçısı Aleksandr Yefrimov ali radanın iclasında Turçinovu partiyasının ünvanına «hədələyici və təhqiredici» ifadələr işlətməməyə çağırmışdı.

 

Turçinov üzr istədikdən sonra əlavə edib ki, «Ukraynanın dövlət büdcəsində yaranmış kəsir» Regionlar Partiyasının yürütdüyü siyasətin nəticəsidir: «Bu suala siz cavab verməlisiniz». 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1282

Oxşar yazılar