Turçinov Ukraynanın federallaşmasını istisna etmir - <span style="color:red;">YENİLƏNİB
14 aprel 2014 15:02 (UTC +04:00)

Turçinov Ukraynanın federallaşmasını istisna etmir - YENİLƏNİB

Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov mayın 25-də keçiriləcək prezident seçkiləri ilə bərabər referendumun da keçiriləcəyini istisna etməyib.


 

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, A. Turçinov parlament fraksiyalarının liderləri və komitə rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda bildirib ki, Ali Rada qərar qəbul edərsə, ölkənin unitar quruluşunun dəyişdirilib-dəyişdirilməməsi haqda referendum keçirilən bilər: “Biz referendumun əleyhinə deyilik. Mən əminəm ki, ukraynalıların mütləq əksəriyyəti müstəqil, suveren, demokratik, bölünməz və unitar Ukraynaya tərəfdar olacaq”. 

 

A. Turçinov əmindir ki, bu gün ukraynalılar ölkənin ərazi bütövlüyünə qəsd edən təcavüzkara müqavimət göstərməyə hazırdır.

 

Qeyd edək ki, Rusiya israrla Ukrayna hakimiyyətini federativ dövlət quruluşuna əsaslanan yeni Konstitusiya layihəsi hazırlamağa çağırır. Ukraynanın şərqində baş verən hadisələrin də məhz Ukraynanı federallaşma seçiminə məcbur etmək məqsədilə təşkil olunduğu bəllidir.

# 1041
avatar

Oxşar yazılar