Turçinov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi oldu
16 dekabr 2014 13:49 (UTC +04:00)

Turçinov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi oldu

0

 

Ali Radanın keçmiş sədri, Xalq Cəbhəsi Partiyasının parlament fraksiyasının lideri Aleksandr Turçinov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin olunub.


 

APA-nın Ukrayna saytlarına istinadən verdiyi xəbərə görə, prezident Petro Poroşenko bu barədə fərman imzalayıb. 

 

Xatırladaq ki, Andrey Parubiyin istefasından sonra Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsi vakant idi. Ali Radada Şuranın səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan yeni qanun qəbul olunması gözlənilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 237

Oxşar yazılar