Turçinov: «Suverenliyimiz və ərazi bütövlüyümüzü qorumağa hazırıq»
02 mart 2014 04:01 (UTC +04:00)

Turçinov: «Suverenliyimiz və ərazi bütövlüyümüzü qorumağa hazırıq»

Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinovla Rusiya dövlət dumasının sədri Sergey Narışkin arasında telefon danışığı olub. Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, Narışkin bildirib ki, Krımda və ölkənin şərqində dinc sakinlərə qarşı «güc tətbiq edilərsə» o zaman Rusiya ordusu vəziyyətə müdaxilə edəcək.

 

Turçinov öz növbəsində deyib: «Rusiya Ukraynada vəziyyətin qarışması üçün bizi güc tətbiqinə təhrik etməyə çalışsa da biz vətəndaşlara qarşı zorakılıq etməyi planlaşdırmırıq və buna can atmamışıq. İstənilən halda silah tətbiqini Rusiya tərəfindən Ukraynaya qarşı hazırlanmış təcavüz kimi qiymətləndirəcəyik. Ukrayna barış dövlətidir. Bununla belə öz suverenliyimizi və ərazi bütövlüyümüzü qorumağa hazırıq».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714
avatar

Oxşar yazılar