Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov bildirib ki, SLavyansk şəhəri ətrafında öldürülənlərdən biri, deputatdır.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, ölkə prezidenti səlahiyyətlərini icra edən Turçinov təhlükəsiz xidmətini Ukraynanın şərqində antiterror əməliyyatı üçün yeni tədbirlər görməyə çağırıb.
Mənbə xatırladıb ki, aprelin 20-də Şimali Donets çayında ağır işgəncə izləri müşahidə edilən iki kişi cəsədi aşkarlanıb.
Məlumata əsasən, onlardan biri “Batkivşina” Partiyasının üzvü, Slavyansk yaxınlığındakı Qorlovka şəhər sovetinin deputat Vladimir Rıbakın cəsədidir.