Turçinov: “Şərqi terrorçulardan təmizləməyə hazırıq”
22 may 2014 03:38 (UTC +04:00)

Turçinov: “Şərqi terrorçulardan təmizləməyə hazırıq”

0

Mayın 21-də Ukrayna ali radasının sədri, ölkənin müvəqqəti prezidenti Aleksandr Turçinov Donetsk vilayətinin Slavyansk rayonundakı anti-terror əməliyyatla bağlı mövqeləri yoxlayıb.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, o, Slavyanskdakı yeni hərbi düşərgədə olub.

 

“Hərbçilərimizin maddi- texniki bazası günü-güdən yaxşılaşır” -deyə, o, vurğulayıb.

 

 

Turçinov yaxın günlərdə Donetsk və Luqansk vilayətlərində anti-terror əməliyyatların final mərhələsinə çatdırmağa hazırlaşdıqlarını bildirib: “Donetsk və Luqansk vilayətlərini terrorçulardan təmizləməyə və seçkinin keçirilməsini təmin etməyə hazırıq”.

 

Xatırladaq ki, mayın 25-də Ukraynada prezident seçkisi keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 878

Oxşar yazılar