Turan şəhərinin açılışı olacaq
08 may 2014 17:54 (UTC +04:00)

Turan şəhərinin açılışı olacaq

Qazaxıstanda Turan adlanan yeni şəhərin açılışı olacaq. Bu barədə Lent.az-a Yeni Nəfəs Hərəkatından məlumat verilib. Məlumata görə, mayın 23-dən 26-dək Çimkənd şəhərindən 30 km aralıda salınan şəhərin açılışı və bu münasibətlə Türk Xalqlarının Qurultayı keçiriləcək. Tədbirə 40-a yaxın türk toplumunun elm, ictimai-siyasi və dövlət xadimləri dəvət olunub. Hələlik 12 hektar ərazidə salınan şəhərdə bir neçə bina istifadəyə veriləcək. Şəhərdə hər türk xalqına 12 sot torpaq sahəsi ayrılacaq və sənədləşdiriləcək. Həmin torpaq sahəsində hər bir türk xalqı öz mədəniyyətini təbliğ edən mərkəzlər yarada biləcək.

 

Qeyd edək ki, tədbirə Azərbaycan alimləri də qatılacaq. Bununla bağlı ötən gün ölkə üzrə təşkilat komitəsi də formalaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2444
avatar

Oxşar yazılar