Tunisdə zorlamaya görə polislərə 7 il iş kəsilib
02 aprel 2014 05:37 (UTC +04:00)

Tunisdə zorlamaya görə polislərə 7 il iş kəsilib

Tunisdə 2 polis əməkdaşına 7 il iş kəsilib. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, onlar cinsi təcavüzdə ittiham olunub.

 

Zərərçəkən “əxlaqsız davranışda” suçlandırıldıqdan sonra qalmaqal yaranıb.

 

Mənbə bildirib ki, 2012-ci ildə polislər Məryəm bin –Məhəmmədə hücum edib. Olay qurbanının sözlərinə görə, üçüncü polis onun nişanlısının tutub, ikisi isə növbə ilə gənc qadını zorlayıblar.

 

Əvvəlcə polislər ifadə verərək, qadını «pozğun davranışında» və «ictimai davranış haqda qanunu» pozmaqda suçlayıblar.

 

Bundan sonra cinayət işini bağlanıb. Ancaq Tunisdə keçirilən etiraz aksiyaları nəticəsində işə yenidən baxılıb. Prezident dövlət adından olay qurbanından üzr istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524
avatar

Oxşar yazılar