Tunisdə parlament seçkilərinin nəticələri açıqlandı
30 oktyabr 2014 07:55 (UTC +04:00)

Tunisdə parlament seçkilərinin nəticələri açıqlandı

0

Tunisdə oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 217 yerlik parlamentdə 85 mandat qazanan dünyəvi "Nidaa Tunis"  partiyası 69 mandatla ikinci yeri tutan islamçı "Ən-Nahda"nı geridə qoyub.

 

Bu barədə oktyabrın 30-da Tunisin seçkilər üzrə Ali müstəqil instansiyanın (MSK) sədri Şəfiq Sarsar bildirib.

 

Azad Vətənpərvərlər Birliyi Partiyası 17,  Xalq Cəbhəsi 15, Afek Tunis partiyası isə 9 mandat qazanaraq parlamentdə təmsil olunacaqlar. Qalan 24 yerə digər partiyaların təmsilçiləri sahib olub .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 605

Oxşar yazılar