ABŞ-ın Missisipi, Tennessi və Arkanzas ştatlarında tüğyan edən tornado (güclü qasırğa) 10 ölümünə səbəb olub. APA-nın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində yüzlə evə ciddi ziyan dəyib, bir neçə isə tamamilə uçub.
Məlumata görə, ölənlərdən altısı Missisipi ştatının sakinləri olub. Hadisə zamanı 40-dan çox sakin xəsarət alıb. Missisipi xilasetmə qurumları sakinləri, imkan daxilində, şəhəri tərk etməyə çağırıb.
Qeyd edək ki, 2015-ci ildə ABŞ-da 718 tornado qeydə alınıb.