Toni Bleyer istefa verdi
27 may 2015 21:27 (UTC +04:00)

Toni Bleyer istefa verdi

Sabiq İngiltərə baş naziri Toni Bleyer Yaxın Şərq Kvartetinin Xüsusi Nümayəndəliyi vəzifəsindən istefa verib.

 

Lent.az-ın “anspress.com”-a istinadən verdiyi məlumata görə, İsrail-Fələstin probleminin həlli üçün ABŞ, AB, BMT və Rusiya tərəfindən yaradılan Yaxın Şərq Dördlüyündə təxminən 8 ildir xüsusi nümayəndə olan Bleyerin istefasının səbəbi açıqlanmayıb.

 

Qeyd edək ki, Böyük Britaniyanın 1997-ci ildən 2007-ci ilədək 73-cü Baş Naziri olan Toni Bleyer Leyboristlərin tarixində ən çox partiya liderliyində qalmış şəxsdir.

 

XX əsrdə ancaq Bleyerr və Marqaret Tetçer üç seçki nəticəsində hakimiyyətdə qalıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar