Tokio və Kiyev Ukraynanın Çernobıl Atom Elektrik Stansiyası və Yaponiyanın “Fukusima” AES-in ətrafındakı ekoloji vəziyyətlə bağlı məlumat toplamaq üçün peyk buraxmağa hazırlaşır.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, peyk Tokio universiteti tərəfindən hazırlanıb. O, ərazinin fotosunu çəkəcək, radiasiyanın səviyyəsini ölçəcək və başqa informasiyalar toplayacaq.
Peyk Ukraynanın “Dnepr” raket-daşıyıcısı vasitəsi ilə orbitə buraxılacaq.
Raket –daşıyıcı iyunun 19-da gecə saatlarında Obrenburq vilayətinin Yasnı şəhərindəki kosmodromdan qalxacaq.