Ukraynanın Baş Prokurorluğu keçmiş baş nazir, “Batkişvina” Partiyasının lideri Yuliya Timoşenkoya “təbii qaz işi” ilə bağlı hökmü çıxarmış hakimlər barəsində cinayət işi açıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, prokurorluğun saytı bildirib ki, hazırda məhkəməyə qədər dövr araşdırılır.
Qurumun versiyasına əsasən, Yuliya Timoşenkoya qarşı hökm ehtimal və şəxsi mülahizələr əsasında çıxarılıb.
Mənbə xatırladıb ki, bu il aprelin 14-də Ukraynanın Ali Məhkəməsi cinayət tərkibi olmadığından “qaz işini” bağlayıb.