Timoşenko: “Prezident seçkisində ikinci tur olacaq”
“Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko bildirib ki, Ukraynada keçiriləcək prezident seçkisində ikinci tur olacaq.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, o, qeyd edib ki, bir turdan ibarət seçkini yalnız totalitar rejimlər keçirir.
“İndidən deyə bilərəm ki, heç şübhəsiz ikinci tur olacaq. Seçki iki turda keçiriləcək. Bu, demokratik olacaq”-deyə, prezidentliyə namizəd vurğulayıb.
681