Tiflis Kremldən 70 milyon 320 min avro tələb edir
03 iyul 2015 21:30 (UTC +04:00)

Tiflis Kremldən 70 milyon 320 min avro tələb edir

Gürcüstan Rusiyadan deportasiya olunan vətəndaşlarına görə Moskvadan 70 milyon 320 min avro mənəvi təzminat tələb edib.
 
ANS PRESS-in məlumatına görə, bunu Gürcüstanın Ədliyyə Nazirliyi bildirib. Ölkə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) lazımi sənədləri də təqdim edib. 
 
Bir il əvvəl AİHM Gürcüstanın iddialarını əsaslı hesab edib və 12 ay ərzində tərəflərə kompensasiyanın həcmini razılaşdırmağı təklif edib. Lakin Moskava ilə Tiflis razılığa gələ bilməyiblər. Buna görə Gürcüstan həmin məbləği birtərəfli qaydada müəyyən edib.
 
2006-cı ildə Rusiyada yaşayan 2380 Gürcüstan vətəndaşları deportasiya edilib.
 
Xatırladaq ki, 2006-cı ildə Gürcüstan hakimiyyəti 4 rusiyalı zabiti casusluqda ittiham edərək həbs edib. Buna cavab olaraq Rusiya öz ölkəsində qeyri-qanuni olaraq qalan 2380 Gürcüstan vətəndaşını çıxarıb. Bu proses zamanı səhhətinin pisləşdiyinə görə 3 gürcü həyatını itirib. 
 
Gürcüstanın Ədliyyə Nazirliyi bildirib ki, kompensasiyanın məbləği uyğun misallar əsasında hesablanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276
avatar

Oxşar yazılar