İngilis Hava yolları təyyarəsi ilə Jamaykanın paytaxtı Kingstondan Londona gedən bir qadın sərnişin təyyarədə soyunduğu üçün nəzarətə alınıb.
Lent.az-ın “anspress”-ə istinadən xəbərinə görə, adı açıqlanmayan 46 yaşlı qadın bərk sərxoş olub.
ABŞ mediasının yazdığı xəbərlərə görə, adı açıqlanmayan 46 yaşlı qadın sərnişin təyyarə havadaykən üstündəki geyimləri çıxarıb öz-özünə cinsi məzmunlu davranışlar sərgiləməyə başlayıb. Həddindən artıq spirtli içki içmiş qadın xəbardarlığlara baxmayaraq öz işində olub.
Londona enən təyyarə ekipajı hadisə barədə polisə xəbər verib. Qadın məsələnin araşdırılması üçün polisə aparılıb.