Təyyarədə ölənlərin cəsədi Rusiyaya göndərildi
02 noyabr 2015 06:36 (UTC +04:00)

Təyyarədə ölənlərin cəsədi Rusiyaya göndərildi

Misirdə baş vermiş qəzada ölənlərin cəsədlərini və qalıqlarını daşıyan ilk təyyarə Qahirədən Sankt-Peterburqa yola düşüb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya FHN-nin mətbuat xidmətindən bildiriblər.

 

“Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə artıq Qahirədən Sankt-Peterburqa yola düşüb. Cəsədlərin tanınması proseduru burada həyata keçiriləcək. Daha bir təyyarə isə noyabrın 2-si, axşam saatlarında ölənlərin cəsədlərini Sankt-Peterburqa gətirəcək”, deyə FHN nümayəndəsi qeyd edib.

 

Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə  Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207
avatar

Oxşar yazılar