Təyyarə qəzasında ölənlərin Rusiyaya gətirilməsi davam edir
06 noyabr 2015 07:28 (UTC +04:00)

Təyyarə qəzasında ölənlərin Rusiyaya gətirilməsi davam edir

0

Misirdəki təyyarə qəzasının qurbanlarının qalıqlarını daşıyan Rusiya FHN-in üçüncü təyyarəsi Sankt-Peterburqa yola düşüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat verib.

 

“Təyyarə Qahirədən Moskva vaxtı ilə 04:25-də havaya qalxıb. Onun göyərtəsində qəza zonasında aşkarlanmış cəsədlərin qalıqları, şəxsi əşyaları və sənədlərdir”.

 

Rusiya səhiyyə nazirliyinin məlumatına əsasən,  indiyədək Misirdə təyyarə qəzasında ölənlərdən 58-nin cəsədi tanınıb.

 

Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə  Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar