Təyyarə qəzasında ölənlərdən 28-nin kimliyi bəlli oldu
03 noyabr 2015 21:20 (UTC +04:00)

Təyyarə qəzasında ölənlərdən 28-nin kimliyi bəlli oldu

Misirdə qəzaya uğramış təyyarədə ölənlərin yaxın və qohumları 28 nəfərin meyitini tanıyıb.

 

APA-nın TASS agentliiynə istinadən verdiyi məlumata görə, bunu Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib.

 

“Məndə olan məlumata görə, indiyədək 28 meyit tanınılıb”, deyə  A.Drozdenko bildirib.

 

Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə  Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb. Ölənlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır. Təyyarədə həmçinin 4 Ukrayna və 1 Belarus vətəndaşı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 395

Oxşar yazılar