Təyyarə qəzasında 39 Türkiyə vətəndaşının ölməsi xəbəri yalan imiş
25 mart 2015 05:46 (UTC +04:00)

Təyyarə qəzasında 39 Türkiyə vətəndaşının ölməsi xəbəri yalan imiş

Türkiyə XİN  Fransada “А320” təyyarəsinin qəzaya uğraması nəticəsində 39 Türkiyə vətəndaşının ölməsi xəbərini təkzib edib. APA-nın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, bu barədə  Türkiyə XİN-in adının hallandırılmasını istəməyən əməkdaşı bildirib.

 

“Qəza nəticəsində 39 türkiyəlinin ölümü xəbəri həqiqətə uyğun deyil. Hələlik yalnız Türkiyə əsilli bir Almaniya vətəndaşı barədə məlumatımız var.  Qurbanlar arasında digər türkiyəli sərnişinlərin olması xəbəri hələ ki araşdırılır, deyə XİN əməkdaşı bildirib.

 

Qeyd edək ki, Türkiyə mətbuatında  Fransada “А320” təyyarəsinin qəzaya uğraması nəticəsində 39 Türkiyə vətəndaşının ölməsi xəbəri geniş yayılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 100
avatar

Oxşar yazılar