Təyyarə maşınlara çırpıldı: 7 ölü
22 avqust 2015 22:27 (UTC +04:00)

Təyyarə maşınlara çırpıldı: 7 ölü

0

Böyük Britaniyada qırıcı təyyarə qəzaya uğrayaraq, magistral yolda olan avtomobillərə çırpılıb, nəticədə 7 nəfər ölüb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, qəza İngiltərənin cənubundakı Qərbi Susseks qraflığında “Shoreham Airshow” aviaşousu zamanı baş verib.

 

“Hawker Hunter” tipli  qırıcı-bombardmançı təyyarənin “A27” magistral avtomobil yoluna düşdüyü bildirilir. Hazırda yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 

Şahidlərin sözlərinə görə, şou zamanı pilot manevri tamamlaya bilməyib, nəticədə təyyarə yola çırpılıb.  

 

İlkin məlumata görə, pilot sağ qalıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar