ABŞ-da “American Airlines” aviaşirkətinə məxsus təyyarənin hava burulğanına düşməsi nəticəsində 6 nəfər xəsarət alıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təyyarənin Nyu-York - Mayami marşrutu üzrə uçduğu bildirilir.
Hava gəmisinin göyərtəsində 159 sərnişin və 6 ekipaj üzvü olub. Xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur.
Qeyd olunur ki, təyyarə enişə təxminən 40 dəqiqə qalmış hava burulğanına düşüb.