Texas ştatı Azərbaycanın Respublika Günü ilə bağlı qətnamələr qəbul etdi
02 iyun 2015 04:24 (UTC +04:00)

Texas ştatı Azərbaycanın Respublika Günü ilə bağlı qətnamələr qəbul etdi

Texas Ştatı Azərbaycanın Respublika Gününü rəsmi qətnamələr vasitəsilə təbrik edən bir sıra digər ABŞ ştatlarına qoşulub.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Texas ştatının Senatı və Nümayəndələr Palatasında Azərbaycan Demokratik Respublikasının (Azərbaycan Xalq Cümhuriyyətinin) yaranmasının 97-ci ildönümünə həsr olunmuş qətnamələr qəbul edilib. Hər iki Palatada yekdilliklə qəbul olunmuş bu qətnamələrdə, 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının müsəlman dünyasının ilk demokratiyası olduğu, 1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının onun davamçısı olduğu qeyd edilib.

 

ABŞ-ın sadiq dost və tərəfdaşı və mürəkkəb, geosiyasi baxımdan olduqca mühüm bir regionda sabit demokratik dövlət olduğu vurğulanıb. Azərbaycanın regional sabitliyinin qorunmasında müstəsna rolu qeyd edilib, terrorçuluğa qarşı mübarizə və enerji təhlükəsizliyi sahələrində önəmli tərəfdaş olduğu vurğulanıb.

 

Həmçinin Bakı şəhəri ilə qardaşlaşmış olan Texasın Hyuston şəhərində yaşayan Azərbaycan icmasının bir çox sahədə, o cümlədən mədəniyyətlərarası anlaşma və mədəni müxtəlifliyə verdiyi töhfəsi qeyd olunub.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Texas Senatı və Nümayəndələr Palatası yerləşən binada Azərbaycanın Respublika Gününə həsr olunmuş ziyafət keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Oxşar yazılar

Keçmiş deputat GÜLLƏLƏNDİ

Keçmiş deputat GÜLLƏLƏNDİ

19 iyul 2024 , 20:22
Təl-Əvivdə PARTLAYIŞ:  ölən və yaralananlar var

Təl-Əvivdə PARTLAYIŞ: ölən və yaralananlar var

19 iyul 2024 , 08:38
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

19 iyul 2024 , 06:57
İngiltərədə etnik pakistanlılar  iğtişaşlar törətdi

İngiltərədə etnik pakistanlılar iğtişaşlar törətdi

19 iyul 2024 , 03:47
İsrail Hizbullahın elit qüvvələrinin komandirlərlərindən birini ÖLDÜRDÜ

İsrail Hizbullahın elit qüvvələrinin komandirlərlərindən birini ÖLDÜRDÜ

19 iyul 2024 , 02:42
Bıçaqla silahlanan şəxs polisə HÜCUM ETDİ

Bıçaqla silahlanan şəxs polisə HÜCUM ETDİ

19 iyul 2024 , 00:56
Rusiyada bu işlər miqrantlara qadağan olundu

Rusiyada bu işlər miqrantlara qadağan olundu

18 iyul 2024 , 15:29
6 lotereya bileti aldı, hamısını uddu

6 lotereya bileti aldı, hamısını uddu

18 iyul 2024 , 15:03