Səudiyyə Ərəbistanında krallıq ərazisində və xaricində terror aktlarının təşkilində şübhəli bilinən 88 nəfər həbs olunub. Lent-az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanın DİN-in məlumatında bildirilir.
Məlumatda qeyd olunub ki, həbs olunan şəxslərin əksəriyyəti analoji ittihamlar üzrə əvvəllər həbs cəzasına məhkum edilib.
Həbs olunan şəxslər bir neçə ay ərzində izlənilib.