Terrorçuların kəndə hücumu nəticəsində 160 nəfər öldü
20 avqust 2015 00:22 (UTC +04:00)

Terrorçuların kəndə hücumu nəticəsində 160 nəfər öldü

0

Nigeriyada silahlıların kəndə hücumu nəticəsində ölənlərin sayı 160-a çatıb

 

Nigeriyanın Yobe ştatında “Boko Haram” terror qruplaşmasının  silahlılarının Kukuva-Qari kəndinə hücumu nəticəsində ölənlərin sayı 160-a çatıb.   

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, ölənlərin əksəriyyəti hücum zamanı qaçaraq çayı üzüb keçməyə çalışarkən boğulub, qalanları isə terrorçular tərəfindən qətlə yetirilib.

 

Müşahidəçilərin bildirdiyinə görə, Kukuva-Qari kəndinə hücum “Boko Haram”  qruplaşmasının son aylar ərzində törətdiyi ən qanlısı olub. Ölənlərin sayının artacağı istisna olunmur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar