Terrorçuların işğal etdiyi şəhər azad olundu
03 mart 2015 03:48 (UTC +04:00)

Terrorçuların işğal etdiyi şəhər azad olundu

0

Çad hökumət qoşunları Nigeriyanın şimal-şərqində yerləşən Dikva şəhərini “Boko Haram” terrorçu qruplaşmasından azad edib.

 

APA-nın TASS-a istinadən məlumatına görə, bu barədə Çad Silahlı Qüvvələrinin nümayəndəsi Azem Bermandua bildirib.

 

“Şəhər tam olaraq nəzarətimiz altındadır. Əməliyyat nəticəsində 1 əsgərimiz həlak olub, ekstremistlər isə çoxsaylı itkilər verib”, deyə A.Bermandua bildirib.

 

Məlum olduğu kimi, Çad ordusu 2015-ci ilin fevralından etibarən Nigeriya ərazisində “Boko Haram” terrorçu qruplaşmasına qarşı əməliyyatlarda iştirak edir. Həmçinin, rəsmi Ncamena Kamerun və Niger-Nigeriyanın sərhədinə qoşunlarını göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar