Terrorçular Yəməndə beynəlxalq aeroportu ələ keçirdi
16 aprel 2015 21:22 (UTC +04:00)

Terrorçular Yəməndə beynəlxalq aeroportu ələ keçirdi

“Əl Qaidə” terror qruplaşmasının silahlıları Yəmənin Hadramaut əyalətinin Əl Mukkala şəhərində yerləşən “Riyan” beynəlxalq hava limanını və havadan müdafiə qüvvələrinin qərargahını ələ keçiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Əl Mayədin telekanalı məlumat yayıb.  

 

Telekanalın məlumatına görə, hazırda dəniz limanı da daxil olmaqla Əl Mukkala şəhərinin şərq sahili boyunca ərazilər silahlıların nəzarətindədir.   

 

Qeyd edək ki, terrorçular bu gün prezident sarayını və yaxınlıqdakı polis idarəsinin binasını partlatmağa cəhd edib.  Qeyd olunan obyektləri qoruyan hərbçilər terrorçu-kamikadzelər tərəfindən idarə olunan minalanmış avtomobilləri gülləbaran edib. Nəticədə avtomobillər obyektlərin girişləri qarşısında partlayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 106
avatar

Oxşar yazılar