Terrorçular otel ələ keçirdi
27 may 2015 06:04 (UTC +04:00)

Terrorçular otel ələ keçirdi

0

Əfqanıstanın paytaxtı Kabildə silahlı dəstə şəhərin mərkəzindəki Vəzir Əkbər Xan  diplomatik rayonuna hücum edərək oteli ələ keçiriblər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.   

 

Məlumata görə, qeyd olunan rayonda, əsasən,  yerli imkanlı şəxslər və əcnəbilər yaşayır və çalışır. Bu rayonda inzibati binalar, səfirliklər və beynəlxalq aeroport var.

 

Məlumata görə, hazırda polis və silahlılar arasında şiddətli döyüş davam edir. Hadisənin təfərrüatları hələlik açıqlanmır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 309

Oxşar yazılar